Gürcüstanın futbol klubunun prezidenti faciəvi şəkildə ölüb
24.11.2021 00:42
307
Hadisə
A
Gürcüstanın futbol klubunun prezidenti faciəvi şəkildə ölüb

Gürcüstanın “Zestafoni” futbol klubunun təsisçisi və prezidenti, biznesmen İlya Kokaya Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən faciəvi şəkildə ölüb.

Aktual.ge xəbər verir ki, o, yıxılaraq başından xəsarət alıb və vəfat edib.

İ.Kokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.

Məlumat üçün bildirək ki, 65 yaşlı İ.Kokaya təcrübəli alpinist olub. O, ötən ay Afrikanın ən hündür zirvəsinə – Kilimancaroya qalxıb.

ŞƏRH YAZ
5