Restoranlar bu şəxslər üçün məhdudiyyətsiz fəaliyyət göstərə biləcək
24.11.2021 14:14
653
Sağlamlıq
A
Restoranlar bu şəxslər üçün məhdudiyyətsiz fəaliyyət göstərə biləcək

Gürcüstanda pandemiya səbəbindən restoranların fəaliyyətinə tətbiq olunan məhdudiyyət dekabrın 1-dən ləğv olunacaq.

Aktual.ge xəbər verir ki, bu barədə İdarələrarası Koordinasiya Şurasının nəzdindəki Operativ Qərargahın rəhbəri Giorgi Qibradze məlumat yayıb.

Onun sözlərinə görə, restoranlar COVID-19 pasportlarına sahib olan şəxsləri saat məhdudiyyəti olmadan qəbul edə biləcək.

Məlumat üçün bildirək ki, hazırda restoranlar saat 23:00-a qədər müştərilərə xidmət göstərə bilir.

ŞƏRH YAZ
4