Teatr və kinoteatrlarla bağlı məhdudiyyətlər yumşaldılır
24.11.2021 14:23
129
Sağlamlıq
A
Teatr və kinoteatrlarla bağlı məhdudiyyətlər yumşaldılır

Gürcüstanda pandemiya şəraitində teatr və kinoteatrlarda tamaşaçıların 50 %-nin iştirakına icazə veriləcək.

Aktual.ge məlumat verir ki, bunu İdarələrarası Koordinasiya Şurasının Operativ Qərargahın rəhbəri Giorgi Qibradze bildirib.

O deyib ki, tamaşaçıların sayının 30 %-dən 50 %-dək artırılması barədə qərar qəbul edilib.

Məlumat üçün bildirək ki, dekabrın 1-dən Gürcüstanda teatr və kinoteatrlara tamaşaçılar COVID-19 pasportunun əsasında buraxılacaqlar.

ŞƏRH YAZ
1