Qldani həbsxanasında məhbusun meyiti aşkarlanıb
24.11.2021 17:28
834
Hadisə
A
Qldani həbsxanasında məhbusun meyiti aşkarlanıb

Paytaxt Tbilisidəki 8 saylı Qldani həbsxanasında məhbus vəfat edib.

Aktual.ge Report-a istinadən xəbər verir ki, həmin şəxsin 32 yaşlı Ukrayna vətəndaşı Yeqor Qreqenko olduğu müəyyən edilib.

Onun vəkilinin sözlərinə görə, müdafiə etdiyi şəxs ölümündən öncə bir nəfərlik kameraya köçürülməsinin mümkünlüyü barədə maraqlanıb.

Ukrayna vətəndaşının meyiti ekspertizaya göndərilib.

Qldani həbsxanasında istintaq tədbirləri həyata keçirilir.

Y.Qreqenko son aylar ərzində Qldani türməsində həbs cəzası çəkib.

ŞƏRH YAZ
16