İmzalar atıldı: BƏƏ Türkiyəyə 10 milyard dollar investisiya yatıracaq
24.11.2021 22:10
278
Dünya
A
İmzalar atıldı: BƏƏ Türkiyəyə 10 milyard dollar investisiya yatıracaq

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd Bin Zayed Əl Nəhyan prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.

Aktual.ge xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Belə ki, 24 noyabr tarixində Ərdoğan Əbu-Dabinin vəliəhdini Ankarada, Beştəpə iqamətgahında rəsmi mərasimlə qarşılayıb.

Səfər çərçivəsində iki ölkə arasında ticarət, enerji və ətraf mühit sahələrində əməkdaşlığı inkişaf etdirəcək anlaşma memorandumu ilə yanaşı, Türkiyəyə birbaşa investisiyaları əhatə edən sazişlər də imzalanıb.

Rəsmi sənədərin imzalanması mərasimindən sonra təşkil edilmiş mətbuat konfransında Əbu-Dabi dövlət investisiya fondunun rəhbəri Məhəmməd Həsən əs-Süveydi əldə edilən razılıaşmalara əsasən Türkiyə iqtisadiyyatına qoyulacaq sərmayənin məbləğini açıqlayıb.

Onun sözlərinə görə, ərəb fondu Türkiyəyə 10 milyard dollar məbləğində investisiya yatıracaq.

ŞƏRH YAZ
2