Marneulidə Şota Rustaveli abidəsinin açılışı olub - VİDEO
24.11.2021 22:24
203
Mədəniyyət
A
Marneulidə Şota Rustaveli abidəsinin açılışı olub - VİDEO

Marneuli Bələdiyyəsindəki kitabxananın yerləşdiyi parkda mərkəzi və yerli hakimiyyət nümayəndələri tərəfindən, böyük Gürcüstan şairi və mütəfəkkiri Şota Rustavelinin abidəsinin rəsmi açılış mərasimi keçirilibdir.

Aktual.ge xəbər verir ki, bu barədə Marneuli Meriyası məlumat yayır.

Bildirilib ki, abidənin müəllifi məşhur heykəltəraş Valerian Gikiadır. 

Tədbir çərçivəsində, sərgi sahəsi təşkil olunub. Burada "Vepxistkaosani"yə (pələng dərisi geymiş pəhləvan) aid iki əlyazma eksponatı, Çariça Tamaranın əlyazması, fotoekspozisiya, rekvizit - Çariça Tamaranın taxtı (fotosessiya üçün) təqdim edilib.

Açılış mərasiminə Kvemo Kartli qubernatoru, Şota Rexviaşvili, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı, Marneuli meri Kənan Ömərov, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorqadze, Marneuli və Hucab yepiskopu Giorgi Camdeliani ictimaiyyət qarşısında çıxış ediblər.

Natiqlər Marneulidə dünya səviyyəli Gürcüstan şairinin abidəsinin açılışı münasibətilə hər bir Marneuli sakinini təbrik ediblər. 

Eyni zamanda, Milli Əlyazmalar Mərkəzinin direktoru Zaal Abaşidze “Mənim Didqorim” və “Mənim Ereklem” müsabiqələrinin qaliblərini, “Etalon” layihəsinin müəllifi Qoça Tkeşelaşvili isə “Etalon” müsabiqəsinin qaliblərini mükafatlandırıblar. 

Qeyd olunub ki, Marneuli rayonunun Bələdiyyə Məclisinun qərarına əsasən, hər il noyabrın 20-də, Şota Rustavelinin abidəsinin yerləşdiyi parkda “Şotaoba” keçiriləcəkdir.
 

ŞƏRH YAZ
7