Qldani həbsxanasının qarşısında dəhşətli anlar yaşandı
25.11.2021 00:39
695
Hadisə
A
Qldani həbsxanasının qarşısında dəhşətli anlar yaşandı

Qldani həbsxanasının qarşısında bir məhkumun atası intihara cəhd edib.

Aktual.ge xəbər verir ki, həmin şəxs üzərinə benzin töküb, lakin hüquq-mühafizə orqanları əməkdaşlarının vaxtında müdaxiləsi nəticəsində intihar faktının qarşısı alınıb və orta yaşlı kişi ərazidən uzaqlaşdırılıb.

Yayılan məlumata görə, həmin şəxs bir aydan çoxdur həbsxanada aclıq aksiyası keçirən oğlunun tibb müəssisəsinə köçürülməsini tələb edib.

Məlum olduğu kimi, saxlanılan şəxs özünü təqsirli bilməyib və bu, kəskin etiraza səbəb olub. Saxlanılan şəxs polisə tabe olmamaqda ittiham edilsə də, ailə üzvləri belə bir faktın olmadığını deyirlər.

Hadisənin əlavə təfərrüatları hələlik məlum deyil.

ŞƏRH YAZ
0