25.11.2021 11:36
485
Siyasət
A
"Düşmən mənim bayrağımı tapdalayaraq güləndə bəs mənim dövlətim harada idi?" - Məhəmmədəli

"Heç bir kainatda xalqdan böyük qüvvə yoxdur. Xalqdan o yana yeganə qüvvə bir tək hər şeyə qadir olan Allahdır. Bu kainatda ən güclü qüvvə xalqdır. Məsələn, biz 50 gün ərzində 'Gürcü Arzusu'nun ritorikalarını eşidirdik. Bu bəyanatlar geriyə addım atmayacaqlarının açıq-aşkar göstəricisi idi. Bu barədə bütün media danışırdı. Xalq daimi aksiyalara başlayanda artıq Qərb də öz reaksiyasını göstərdi".

Aktual.ge xəbər verir ki, bu sözləri jurnalist Ceyhun Məhəmmədəli "TvPirveli"nin efirində qonaq olarkən söyləyib.

"Məhz bundan sonra Qərb tərəfdaşlarımız sərt bəyanatlar yaymağa başladılar, çünki onlar gördülər ki, Gürcüstan xalqı ölkənin qurucusunun (Mixeil Saakaşvilini nəzərdə tutur - Red.) həyatını və azadlığını istəyir. Bütün bunların arxasında sadəcə Bidzina dayanmır, Bidzinanın arxasında ən əsas olan Rusiya dayanır",- o əlavə edib.

Onun sözlərinə görə, mənim ləyaqətim rusiyapərəst jurnalistlər Mişaya güldükdə tapdalandı: "Bu zaman hakimiyyət niyə hər hansı bir ölçü götürmədi? Bu bayraq məsələsində niyə ölçü götürülmədi. Ağızlarına su alıb sakitcə oturdular. Heç nə veclərinə deyil. Mövcud hakimiyyətə sadəcə iki şey maraqlıdır: 1. Putinin və Rusiyanın tapşırıqlarını yerinə yetirmək, 2. Özlərinin isti kürsülərini qoruyub saxlamaq. Unutmayaq ki, burada əsas rol gənclərindir lakin çoxu sükuta qapılıb. Bu gün tərəzidə ölkəmizin gələcəyi durur. Saakaşviliyi günahlandırırlar lakin belə deyil. Mənim ölkəmi Saakaşvili qurdu, 90-cı illərin qaranlığından aydınlığa, məhz Saakaşvili çıxartdı. Mən o vaxt dövlətdə yaşadığımı hiss edirdim, lakin indi bu cür hissiyatım heç qalmayıb. Düşmən mənim bayrağımı tapdalayaraq güləndə bəs mənim dövlətim harada idi?".

Xatırladaq ki, 9 noyabr tarixində Rusiyanın Birinci kanalında yayımlanan efirdə studiyanın döşəməsində Gürcüstan bayrağının təsvir olunub və jurnalistlər onun üzərində gəzib.

ŞƏRH YAZ
3