Naşir Orduxanov: Prezidentlə görüşdə bu məsələlər diqqətə çatdırıldı
25.11.2021 11:46
414
Siyasət
A
Naşir Orduxanov: Prezidentlə görüşdə bu məsələlər diqqətə çatdırıldı

Gürcüstanda “Plüralizm və demokratiya naminə yeni nəsil” adlı forum keçirilib.

Aktual.ge xəbər verir ki, Gürcüstanın Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Vətəndaş Şurasının təşəbbüsü ilə keçirilən forumda ölkənin bütün bölgələrindən, eləcə də Kvemo Kartli bölgəsindən fəal gənclər iştirak ediblər.

İctimai fəal Naşir Orduxanov Aktual.ge-yə bildirib ki, forum çərçivəsində gənclər Gürcüstan prezidenti Salome Zurabişvili ilə görüşüblər.

"Biz dünən 24 noyabr Orbeliani sarayında, xanım Salome Zurabişvili ilə görüşdük. Görüş zamanı 1+4 proqramının pulsuz olmasının vacibliyini qeyd etdik, soyad məsələsinə toxnuldu və hələ də azərbaycanlıların rus soyad sonluğundan xilas ola bilmədiyi məsələsini diqqətə çatdırdıq, eyni zamanda Abxaziya müharibəsində şəhid olmuş Ənvər Hümbətovun xatirəsinin yaşadılması üçün adına bir küçə verilməsi və ya abidə qoyulmasının lazım olduğu qeyd olundu. Bundan əlavə, görüş zamanı Dövlət başçısına Novruz bayramı gününün ölkədə istirahət günü olmasının zəruriliyini vurğuladıq. Prezidentlə görüş zamanı biz gələcək planlarımızdan və gələcəkdə həyata keçirmək istədiyimiz layihələrimiz haqda danışdıq. Gələcəkdə prezident ilə mümkün əməkdaşlıq haqda da müzakirələr apardıq",-deyə N.Orduxanov qeyd edib.

Məlumat üçün bildirək ki, sözügedən layihənin Kvemo Kartli üzrə koordinatoru ictimai fəal Samira Bayramovadır.

ŞƏRH YAZ
2