25.11.2021 14:24
561
Siyasət
A
"Qəbul edək ki, Saakaşvili günahkardır" - Kaladze

“Mixeil Saakaşvili günahkardır, gəlin bir şeyi qəbul edək ki, o, günahkardır, konkret işlərdə günahkardır, heç olmasa, 6 il bu gün olduğu yerdə oturmalı olacaq”.

Aktual.ge xəbər verir ki, bu sözlərlə Tbilisi meri Kaxa Kaladze Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin xalqa müraciətinə münasibət bildirib.

Onun sözlərinə görə, “Milli Hərəkat” öz yanaşmalarını dəyişməsə, onların fəaliyyəti həmişə iflasa məhkum olacaq.

"Böhranın həlli? Kimin böhranı var? Bu, ilk növbədə onlar üçün zərərlidir, təbii ki, ölkəyə də ziyan vurur. İndiyədək onların addımları həmişə uğursuzluğa məhkum olub və bu cür yanaşmalar davam edərsə, təbii ki, həmişə belə olacaq”, - K.Kaladze qeyd edib.

Məlumat üçün bildirək ki, Gürcüstanın sabiq lideri M.Saakaşvili xalqa müraciət edib.

ŞƏRH YAZ
28