Ermənistan Türkiyə ilə münasibətlərin qurulmasında Rusiyadan vasitəçi olmağı xahiş edib
25.11.2021 19:41
131
Dünya
A
Ermənistan Türkiyə ilə münasibətlərin qurulmasında Rusiyadan vasitəçi olmağı xahiş edib

Ermənistan rəsmi Ankara ilə münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət edib.

Aktual.ge xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Ermənistanın rəsmi Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət etdiyini təsdiq edə bilərəm. Rusiya bunda maraqlıdır və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına səy göstərib. Ölkəmiz bundan sonra da sözügedən məsələyə öz töhfəsini verməyə hazırdır. Bu prosesin başlanması şübhəsiz ki, regionda ümumi vəziyyətin sağlamlaşmasına, mehriban qonşuluq və etimad müühitinin yaranmasına öz töhfəsini verə bilər. Hazırda bu, aktualdır”, - Zaxarova deyib.

ŞƏRH YAZ
9