Ninotsmindada xanımına və valideynlərinə şiddət göstərən şəxs saxlanılıb - VİDEO
Ninotsminda rayonunda 45 yaşlı kişi ailə üzvlərinə şiddət və onları təhqir etdiyinə görə saxlanılıb.
Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, təqsirləndirilən şəxs son 3 ay ərzində həyat yoldaşına və valideynlərinə qarşı sistematik şəkildə şiddət göstərib.
“Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti Polis Şöbəsinin Ninotsminda Rayon Bölməsinin əməkdaşları ailə üzvlərinə qarşı təhdid və zorakılıq səbəbi ilə aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü A.İ.-ni saxlayıb. İstintaq nəticəsində təqsirləndirilən şəxsin son üç ay ərzində həyat yoldaşı 1975-ci il təvəllüdlü A.İ., atası 1948-ci il təvəllüdlü Ş.İ. və anası 1950-ci il təvəllüdlü N.İ.-ə şiddət göstərdiyi məlum olub",-deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsinin "c" bəndinə və 111-ci maddəsinin 2-ci hissəsinin "d" bəndinə əsasən iki və ya daha çox şəxsə qarşı məişət zorakılığı və təhdid faktları üzrə istintaq davam etdirilir.