Bayden ABŞ-ın koronavirusla mübarizədə yeni planını açıqlayıb
03.12.2021 09:07
266
Dünya
A
Bayden ABŞ-ın koronavirusla mübarizədə yeni planını açıqlayıb

ABŞ prezidenti Cozef Bayden koronavirus pandemiyasına qarşı mübarizə üçün yeni planı açıqlayıb.

Aktual.ge xəbər verir ki, Amerika liderinin çıxışı Ağ Evin saytında yayımlanıb.

"Bu plana yoluxma hallarının artması ilə bağlı qapanma və təcrid daxil deyil. Burada əsas məsələ ABŞ əhalisinin koronavirusa qarşı mütəmadi test edilməsi və peyvənd olunanların say artımıdır", - Bayden bildirib.

ABŞ Prezidenti bundan əvvəl koronavirusun "omikron" ştamına qarşı mövcud vaksinlərin effektivliyini qiymətləndirib. O qeyd edib ki, yaxın bir neçə həftə ərzində amerikalı mütəxəssislər bu xəstəliyin nə dərəcədə təhlükəli olduğunu, hansı zərərlərə səbəb olduğunu və peyvəndlərin bunun öhdəsindən gəlib-gəlməyəcəyini müəyyən edəcəklər.

ŞƏRH YAZ
5