DİN Azərbaycan vətəndaşının qətlə yetirilməsini təsdiqləməyib
03.12.2021 14:25
489
Kriminal
A
DİN Azərbaycan vətəndaşının qətlə yetirilməsini təsdiqləməyib

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Kobuleti qəsəbəsində qətl törədilib.

Aktual.ge Report-a istinadən xəbər verir ki, hadisə Kostava küçəsində qeydə alınıb.

İnsidentdən öncə mübahisənin baş verdiyi bildirilir. Yaralanan şəxs xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Rustavi 2” telekanalının məlumatına əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır və qətli törədən şəxsin kimliyi artıq müəyyən edilib.

DİN “Report”a qətlə yetirilən şəxsin Azərbaycan vətəndaşı olması barədə yayılan məlumatı təkzib edib.

ŞƏRH YAZ
6