AB Gürcüstan ordusuna 12 milyon avrodan çox yardım ayıracaq
03.12.2021 14:41
234
Dünya
A
AB Gürcüstan ordusuna 12 milyon avrodan çox yardım ayıracaq

Gürcüstanın Müdafiə Qüvvələri Avropa Birliyinin (AB) 12,75 milyon avro məbləğində yardım alacaq.

Aktual.ge xəbər verir ki, bu barədə AB Şurasının məlumatında bildirilib.

Məlumata əsasən, yardım Gürcüstan ordusunun potensialının möhkəmləndirilməsi, eyni zamanda, böhran və fövqəladə hallarda mülki əhaliyə xidmət göstərmək imkanlarını genişləndirməyə imkan verəcək. Yardıma tibbi və mühəndis avadanlıqları, həmçinin mülki təyinatlı nəqliyyat vasitələri daxildir.

Maddi dəstək çərçivəsində Moldovaya 7 milyon avro, Ukraynaya isə 31 milyon təqdim olunacaq.

ŞƏRH YAZ
5