03.12.2021 16:59
914
Siyasət
A
"Saakaşviliyə ehtiyacınız yoxdursa, onu Ukraynaya qaytarın, bizə lazımdır" - Xanımı

“Gürcüstanda Mixail Saakaşviliyə ehtiyacınız yoxdursa, onu Ukraynaya qaytarın, bizə lazımdır”.

Aktual.ge xəbər verir ki, bunu Ukrayna Radasının deputatı və Gürcüstanın üçüncü prezidentinin xanımı Liza Yasko deyib.

O, Qori Hərbi Hospitalında həyat yoldaşını ziyarət etdikdən sonra deyib ki, dünənki məhkəmə prosesində göründü ki, hakimiyyət Saakaşvilini öldürmək və ona uzun illər həbs cəzası vermək istəyir.

Ukraynalı millət vəkili qeyd edib ki, M.Saakaşvilinin səhhəti hələ də zəifdir.

“Mixail Saakaşvilinin səhhəti zəifdir. O, ilk növbədə bu soyuq havada prosesləri işıqlandırmağa çalışan jurnalistlərə salam göndərir. Demək istədiyim odur ki, dünənki məhkəmə bizə göstərdi ki, Gürcüstanda Saakaşviliyə qarşı ittihamlar var və görünür, hakimiyyət Mixail Saakaşvilini öldürmək istəyir və ona uzun illər həbs cəzası verilməsini istəyir. Əgər Gürcüstanda Mixail Saakaşvili sizə lazım deyilsə, onu Ukraynaya qaytarın, bizə lazımdır”, - L.Yasko qeyd edib.

ŞƏRH YAZ
0