Kobuletide qanlı hadisə: 1 ölü - VİDEO
03.12.2021 19:42
1670
Kriminal
A
Kobuletide qanlı hadisə: 1 ölü - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Acara Polis Departamentinin Əməliyyat-axtarış bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş C.T. Qəsdən adam öldürmə ittihamı ilə gözaltına alınıb.

Aktual.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

Bildirilib ki, sözügedən cinayəti törədəni 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

"İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Kobuleti şəhərində mübahisə zəminində tanışı - 1990-cı il təvəllüdlü İ.İ.-ni bıçaqla döş qəfəsindən bıçaqlayaraq öldürüb və hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.
Polis C.T-nı isti izlərlə saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işində istifadə olunan bıçağı sübut kimi götürüblər.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır",-məlumatda deyilir.

 

ŞƏRH YAZ
8