Tbilisi xəstəxanasının həkimi və direktoru saxta peyvənd sertifikatları verdikləri üçün saxlanılıb
03.12.2021 21:15
601
Sağlamlıq
A
Tbilisi xəstəxanasının həkimi və direktoru saxta peyvənd sertifikatları verdikləri üçün saxlanılıb

Tbilisi xəstəxanasının həkimi və direktoru saxta peyvənd sertifikatları verdikləri üçün saxlanılıb.

Aktual.ge məlumat verir ki, təqsirləndirilən şəxslərin 4 saylı tibb məntəqəsində işlədikləri bildirilib.

İstintaq işi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır.

Əməliyyatçılar tərəfindən müəyyən olunub ki, təqsirləndirilən şəxslər sözügedən məntəqədə müəyyən məbləğ qarşılığında nəinki saxta peyvənd sertifikatları verib, həm də Covid pasportları əldə etmək üçün vətəndaşları Xəstəliklərə Nəzarət Milli Mərkəzinin saytında qeyri-qanuni qeydiyyatdan keçiriblər.

Hazırda Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti saxta arayış almış şəxslərin müəyyən edilməsi ilə məşğul olur. Saxlanılanları isə 6 ilə qədər həbs gözləyir.

ŞƏRH YAZ
2