Kobuletidə amansızca qətlə yetirilən şəxsin Bolnisi sakini olduğu məlum olub
03.12.2021 23:40
950
Kriminal
A
Kobuletidə amansızca qətlə yetirilən şəxsin Bolnisi sakini olduğu məlum olub

Gürcüstanın Acarıstan bölgəsinin Kobuleti bələdiyyəsində bu gün qətlə yetirilən gəncin kimliyi məlum olub.

Aktual.ge Report-a istinadən xəbər verir ki, həmin şəxs Bolnisi rayonunun 31 yaşlı sakini Yaşa İsmayılovdur.

İstintaqla müəyyən edilib ki, 22 yaşlı şəxs mübahisə zəminində tanışı Y.İsmayılova soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Həmin şəxs “isti izlər”lə saxlanılıb, bıçaq maddi sübut kimi müsadirə edilib.

O, xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Onun mövsümi işlər üçün Acarıstana getdiyi bildirilir.

Daxili İşlər Nazirliyində (DİN) faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaq davam etdirilir. Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

ŞƏRH YAZ
12