Saakaşvili yenidən bu həbsxanaya köçürüləcək
04.12.2021 00:16
1050
Siyasət
A
Saakaşvili yenidən bu həbsxanaya köçürüləcək

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili bir həftə ərzində Qori Hərbi Hospitalından Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Aktual.ge xəbər verir ki, bu barədə "Mtavari" məlumat yayıb.

Mövcud məlumata əsasən, Penitensiar Xidmət və Qori xəstəxanasındakı bir mənbə məlumatı təsdiqləsə də, konkret tarix söyləyib.

Ədliyyə naziri Rati Breqadze isə bildirib ki, Mixail Saakaşvili tibbi rəy əsasında Rustavi həbsxanasına aparılacaq.

Məlumat üçün bildirək ki, 1 oktyabrda saxlanılan Gürcüstanın üçüncü prezidenti 12 saylı Rustavi həbsxanadına daha sonra Qldani 18 saylı cəzaçəkmə müəssisəsinə bir müddət sonra isə səhhəti kəskin pisləşdiyi üçün noyabrın 19-da 50 günlük aclıq aksiyasından ardından Qori Hərbi Hospitalına köçürülüb. 

ŞƏRH YAZ
24