Tbilisidə ürək dağlayan hadisə: Ana və övladı dəm qazından boğulub
04.12.2021 00:59
522
Hadisə
A
Tbilisidə ürək dağlayan hadisə: Ana və övladı dəm qazından boğulub

Tbilisidə dəm qazından zəhərləndiyi ehtimal edilən iki nəfər ölüb.

Aktual.ge məlumat verir ki, hadisə paytaxtın Aavlabari rayonunun Ketevan Tsamebuli küçəsində baş verib.

Yayılan məlumata görə, həlak olanlar qadın və onun azyaşlı övladıdır. Təcili yardım briqadası onları klinikaya aparsa da, lakin onların həyatını xilas etmək mümkün olmayıb.

Faktı “Tbilisi Energy” qazpaylayıcı şirkəti təsdiqləyib.

“Yataq və digər ev əşyaları var idi. Biz aşkar etdik ki, onların qazı qeyri-qanuni qoşulub və onlar qapalı məkanda istifadə oluna bilməyən qaz cihazlarından istifadə ediblər”, - deyə şirkət rəsmisi söyləyib.

Qadın və yeniyetmənin ölümünün dəqiq səbəbi ekspertiza tərəfindən araşdırılır.

ŞƏRH YAZ
11