SON DƏQİQƏ! Yerli sakinlər ayağa qalxdı - Zeqduletidə vəziyyət gərginləşib
04.12.2021 13:44
2028
Siyasət
A
SON DƏQİQƏ! Yerli sakinlər ayağa qalxdı - Zeqduletidə vəziyyət gərginləşib

Qori bələdiyyəsinin Zeqduleti kəndində keçirilən etiraz aksiyasında vəziyyət gərginləşib.

Aktual.ge yerli mətbuata istinadən məlumat verir ki, yerli sakinlər 2011-ci ildə satılan otlaq sahələrinin kəndə qaytarılmasını tələb edirlər.

Məlumata əsasən, yerli sakinlər bu gün səhər saatlarından etiraz əlaməti olaraq Tbilisi-Senaki-Leselidze magistral yolunu bağlamağa çalışsalar da, kəndə səfərbər olan hüquq-mühafizə orqanları əməkdaşları buna imkan verməyib və nəticədə qarşıdurma meydana gəlib, həmçinin polis bir nəfəri ərazidən təxliyyə edib.

Bölgəyə əlavə polis qüvvələri səfərbər olunur.

Şida Kartli qubernatoru Valerian Mchedlidze, Qori bələdiyyəsinin meri Vladimer Xinçeqaşvili və digər dövlət rəsmiləri Zeqduletiyə səfər ediblər.

Etirazçı Zeqduleti kənd sakinləri tələbləri gerçəkləşməsə aksiyanın daha da gərginləşəcəyini ultimatumnu veriblər.

Məlumat üçün bildirək ki, bu tələblə Zequdeli sakinləri son bir ayda üçüncü aksiyanı keçirirlər.

ŞƏRH YAZ
3