Az əvvəl dünyaya elan edildi: Rusya hücuma hazırlaşır...
04.12.2021 14:02
2285
Dünya
A
Az əvvəl dünyaya elan edildi: Rusya hücuma hazırlaşır...

Rusiya 2022-ci ilin ilk həftələrində Ukraynanı işğal etməyə hazırlaşır.

Aktual.ge "İmedi"yə istinadən məlumat verir ki, bu barədə “Associated Press” Amerika kəşfiyyatındakı öz mənbələrinə əsaslanaraq xəbər yayır.

Məlumatlara görə, döyüş əməliyyatlarında 175 minə qədər rus hərbçisi iştirak edə bilər, onların yarısı artıq Ukrayna ilə sərhəddədir. Mövcud məlumatlara görə, yaxın vaxtlarda Rusiya Ukrayna sərhədinə daha 100 batalyon taktiki qrupu, zirehli texnika, artilleriya və digər texnikanı daşımağı planlaşdırır.

Dekabrın 1-də Entoni Blinken bildirib ki, ABŞ Rusiyanın Ukraynaya qarşı əhəmiyyətli təcavüzkar hərəkətlər planlaşdırdığına dair sübutlardan narahatdır. Dekabrın 2-də ABŞ dövlət katibi rusiyalı həmkarına bildirib ki, Ukraynaya işğal olunarsa, Rusiya ciddi nəticələrlə üzləşəcək.

Bundan əlavə, "Hürriyət" nəşri yazır ki, Rusiya ilə Ukrayna arasında gərginlik günü-gündən artarkən, bölgəni bürüyəcək yeni müharibə qorxusu da artır. Ukraynadan verilən rəsmi açıqlamada Rusiyanın ölkəyə hücum tarixini təyin etdiyi iddia edilib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikovun sözlərinə görə, Rusiya Ukrayna sərhədi boyunca 94 mindən çox hərbçi yerləşdirib və ola bilər ki, yanvarın sonuna kimi genişmiqyaslı hərbi hücuma start versin. O.Reznikov Rusiyanın yanvarın sonunda Ukraynaya genişmiqyaslı hücuma hazırlaşdığına dair kəşfiyyat məlumatlarının olduğunu bildirib. Nazir bildirib ki, Ukrayna vəziyyəti təhrik etmək üçün heç nə etməyəcək, lakin Rusiya Hücum əməliyyatına başlayarsa, cavab verməyə hazırdır.

ŞƏRH YAZ
33