Marneulidə Saakaşviliyə azadlıq qərargahı açıldı
04.12.2021 15:51
673
Siyasət
A
Marneulidə Saakaşviliyə azadlıq qərargahı açıldı

Kvemo Kartli bölgəsinin Marneuli bələdiyyəsində həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə azadlıq qərargahı açılıb.

Aktual.ge xəbər verir ki, 4 dekabr, günorta saatlarında Marneulidə "Vahid Milli Hərəkat"ın mövcud ofisi "Mişanın Azadlığa Buraxılması Qərargahı" adlı qərargaha çevrilib. 

Belə ki, keçmiş prezidentin tərəfdarları sözügedən qərargahın qarşısında heşteqlə böyük hərflərlə "Free Misha" (Mişaya azadlıq) hərfləri əllərində tutaraq, keçmiş prezidentə azadlıq tələb ediblər.

Marneuli Bələdiyyə Məclisinin üzvü Ramal Əhmədov bildirib ki, bu gündən Gürcüstanın bütün bölgələrində "Mişanın Azadlığa Buraxılması Qərargahı" qərargahları fəaliyyətə başlayacaq: "Bu qərargahlar cənab Mixail Saakaşvilinin azadlıqa buraxılması üçün çalışacaq və kimlər istəsə bu qərargaha gələ bilərlər".

ŞƏRH YAZ
3