04.12.2021 16:30
620
Siyasət
A
"Aktual Məktəb" - Marneulidə növbəti jurnalistika kursu başladı (FOTO)

Bu gün, 4 dekabr tarixində "Aktual Media" - Aktual.ge xəbər portalı regionda ilk olaraq başlatdığı jurnalistika kursunun növbəti mərhələsi başlayıb.

Aktual.ge-nin verdiyi xəbərə görə, 14 nəfərdən ibarət Gürcüstanın müxtəlif bölgələrindən olan kurs iştirakçıları Marneulidə "Ataholding"in təlim zalında ilk tanışlıq görüşü keçiriblər və kurs barədə məlumat əldə ediblər.

Belə ki, kurslara başlamadan əvvəl iştirakçılara məlumat verən "Aktual Media" - Aktual.ge xəbər portalının təsisçisi və baş direktoru İlkin Hüseynov iştirakçılara uğurlar arzulayıb, kurs haqqında məlumat verib və gələcəkdə təlimlərlə yanaşı bir sıra seminar görüşlərində olacağını bildirib. Eyni zamanda media rəhbəri jurnalistika kursunun iştirakçılarına təlimçiləri AZƏRTAC-ın Gürcüstandaki xüsusi müxbiri Xətai Əzizovu və "Mtavari" telekanalının jurnalisti Ceyhun Məhəmmədəlini təqdim edib.

Daha sonra kursun iştirakçıları ilə ilk tanışlıq görüşü və gələcək təlimlər barədə danışan Xətai Əzizov bu tərz kursların həyata keçirilməsi münasibətilə "Aktual Media"ya təşəkkür edib.

Qeyd edək ki, "Aktual Media" "Aktual Məktəb" adını verdiyi jurnalistika kursu 2022-ci ilin 6 mart tarixinə qədər davam edəcəkdir. 3 aylıq kurs çərçivəsində iştirakçılar xəbərlərin yazılması; məqalə yazma tərzləri; reportajların hazırlanması; müsahibə alma texnikası və praktikası; onlayn media və sosial şəbəkələrlə iş; xəbərin obyektivliyi; etika qaydaları; səlis danışıq qabiliyyəti, fikirlərini aydın, qüsursuz ifadə etmək bacarığı və digər aktual məsələlər barədə təlim alacaqlar.

ŞƏRH YAZ
2