Kvemo Svanetidə dəhşətli hadisə - Görənlərin ürəyini ağzına gətirdi (FOTO)
09.09.2020 14:40
3198
Hadisə
A
Kvemo Svanetidə dəhşətli hadisə - Görənlərin ürəyini ağzına gətirdi (FOTO)
Racha-Leçkumi - Kvemo Svaneti bölgəsinin Çageri rayonunda əlverişsiz hava şəraiti ilə əlaqədar torpaq sürüşməsi baş verib. Aktual.ge xəbər verir ki, bununla əlaqədar İctimai Təhlükəsizliyi İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, Çageridə torpaq sürüşməsi nəticəsində iki maşın ciddi xəsarət görüb. Daxili İşlər Nazirliyinin 112 saylı Xalq Təhlükəsizliyi İdarəetmə Mərkəzinə güclü yağışların Çagerinin Laşiçala kəndində sürüşmənin baş verməsinə və iki avtomobilin dağılmasına səbəb olduğu barədə məlumat daxil olub. 3 xilasetmə qrupu ən qısa müddətdə hadisə yerinə səfərbər olunub. Sürüşmə nəticəsində torpaq altında qalan avtomobillər çıxarılıb. Qeyd olunub ki, vətəndaşlar avtomobildə olmayıblar və sürüşmə nəticəsində xəsarət alan olmayıb. İdarədən verilən məlumatda hazırda əhali üçün təhlükəli bir vəziyyətin olmadığı bildirilib.
ŞƏRH YAZ
3