Marneulidə “Çay Evi” şahmat kursunun tələbələri kateqoriya yarışlarının qalibi olublar
20.12.2021 11:16
474
İdman
A
Marneulidə “Çay Evi” şahmat kursunun tələbələri kateqoriya yarışlarının qalibi olublar

Marneulidə fəaliyyət göstərən “Çay Evi” şahmat kursunun tələbələri Gürcüstan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən kateqoriya yarışlarında iştirak ediblər.

SOCAR tərəfindən dəstəklənən layihənin rəhbəri Emin Əhmədov Aktual.ge-yə bildirib ki, məktəblilər dekabrın 17-18-də keçirilən V kateqoriya yarışlarında mübarizə apardılar.

Yarışda “Çay Evi" şahmat kursunun 28 üzvü iştirak edib. Onlardan 12-si növbəti mərhələyə vəsiqə əldə edib.

Kursun tələbələrindən Hüseyn Muradov birinci, Tahir Allahverdiyev ikinci, Rəvan Abdullayev isə üçüncü yerə sahib olublar.

ŞƏRH YAZ
0