Salome Zurabişvili müxtəlif dini konfessiya nümayəndələri ilə görüşüb - FOTO
21.12.2021 23:56
542
Din
A
Salome Zurabişvili müxtəlif dini konfessiya nümayəndələri ilə görüşüb - FOTO

Bu gün, 21 dekabr axşam saatlarında Gürcüstan Prezidenti Salome Zurabişivili müxtəlif dini konfessiyanın rəhbər və nümayəndələrini Orbeliani sarayında qonaq edib.

Aktual.ge məlumat verir ki, görüşdə çıxış edən Dövlət başçısı öncə qarşıdan gələn Yeni il münasibəti ilə təbrik və xoş arzularını çatdırıb ardından isə dini icma rəhbərlərinə ümumxalq vətəndaş barışığı ilə bağlı fikir və təşəbbüsünü təqdim edib. 

S.Zurabişvili arzu edib ki, yeni ilimiz ölkəmiz üçün olduqca önəmli olan milli birlik və vətəndaş həmrəyliyi ili olmaqla yadda qalsın. 

Görüşdə Müsəlman icması tərəfindən Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov, idarənin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov, Qərb müftisi Hacı Adəm Şantadze və İdarənin məsul əməkdaşı Oktay İsəyev qatılıb.

Görüş sonrası xatirə fotoları çəkilib, dini icma nümayəndələri ölkə başçısı ilə söhbət edib, fikirlərini bölüşüblər.

ŞƏRH YAZ
6