Ürək ağrıdan hadisə - Sadaxlı kənd sakini çayda boğularaq ölüb
Marneuli rayonunun Sadaxlı kənd sakini çayda boğularaq dünyasını dəyişib.
Bu barədə Aktual.ge xəbər portalına yerli sakinlərdən biri məlumat verib.
Ötən gün 17 yaşlı gəncin cəsədini çayxdan çıxarmaq üçün Fövqəladə Hallar İdarəetmə Xidmətindən üç dalğıc, 2 qayıq, 2 skuter eyni zamanda axtarış skaneri "Echolt" və bir pilotsuz uçan aparatı xilas edən qrupla daxil olub.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin intihar etməni nəzərdə tutan 115-ci maddə əsasında istintaqa başlayıb.