BGMİ və GGYM 2021-ci ildə nəşr etdiyi kitabların təqdimat mərasimi keçirilib - FOTO
26.12.2021 20:20
501
Din
A
BGMİ və GGYM 2021-ci ildə nəşr etdiyi kitabların təqdimat mərasimi keçirilib - FOTO

25 dekabr tarixində II Kosalı İslam Mədrəsəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsi (BGMİ), Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı (GGYM) ilə birlikdə 2021-ci il üçün nəşr etdirdiyi kitabların təqdimat mərasimi keçirilib. 

Aktual.ge məlumat verir ki, tədbiri çıxış sözü ilə açan Hacı Bəkiroğlu əvvəlcə məclisi açıq elan etmək üçün Tbilisi Cümə Məscidinin imamı Şirxan Çobanova Qurani Kərim tilavəti üçün söz verib. 

Sonra BGMİ-nin Şərqi Gürcüstan Müftisi Etibar Eminov çıxış edərək nəşr olunan kitablar haqqında danışıb və kitabın nəşrində əməyi keçənlərə təşəkkür edib. 

Daha sonra İdarənin şeyxi hacı Ramin İgidov, Türkiyənin Gürcüstandakı Səfirliyinin Dini Müşaviri Əhməd Ərdəm, Azərbaycan Respublikasının Gürcüstandakı səfirinin birinci katibi Anar Rəsulov, Gürcüstan Parlamentinin sabiq deputatı Mahir Dərziyev və Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının rəhbəri Musa Hacıyev çıxış ediblər. 

Tədbirdə BGMİ-nin Şərqi Gürcüstan müftiliyinə bağlı olan bölgə müftiləri, imamlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Məlumat üçün bildirək ki, BGMİ, Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı ilə birlikdə 2021-ci il üçün nəşr etdirdiyi kitabların siyahısı belədir:

1. Qurani Kərimin Azərbaycan dilində tərcüməsi, 
2. Həzrət Peyğəmbərin hədislərindən ibarət olan iki cildlik Riyazus salihin kitabı, 
3. Deizm kitabı 
4. Həzrət Peyğəmbərin xanımları haqqıda olan Möminlərin Anaları kitabı.

ŞƏRH YAZ
4