Kvaratsxeliya ardıcıl 2-ci dəfə ilin futbolçusu seçilib
30.12.2021 00:19
442
İdman
A
Kvaratsxeliya ardıcıl 2-ci dəfə ilin futbolçusu seçilib

Gürcüstanda 2021-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Aktual.ge xəbər verir ki, bu ada ardıcıl 2-ci dəfə Rusiyanın "Rubin" klubunun hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb.

20 yaşlı vinger ötən ildə ölkəmizin ən yaxşısı seçilmişdi.

Qeyd edək ki, Gürcüstan millisinin də formasını geyinən Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

ŞƏRH YAZ
0