Kateqoriyalar
Tbilisidə Saburtalo rayonunda 30 dekabr axşam saatlarında özünü yaşayış binasından ataraq intihar edən gənc qızın əslinin Marneuli bələdiyyəsinin Sadaxlı kəndindən olduğu məlum olub.
Aktual.ge-nin əldə etdiyi məlumata görə, Saburtalo rayonunda gənc qız yaşayış binasının 14-cü mərtəbəsindən özünü atıb, nəticədə hadisə yerindəcə keçinib.
Məlumata əsasən, gənc qız sözlü imiş və nişanı 31 dekabr tarixinə planlaşdırılırmış.
Faktla bağlı araşdırma davam edir.