Sabirkənd kəndində müasir standartlara cavab verən məktəb tikilir
11.01.2022 15:27
438
Mədəniyyət
A
Sabirkənd kəndində müasir standartlara cavab verən məktəb tikilir

Marneuli Bələdiyyəsinin Sabirkənd kəndində müasir standartlara uyğun yeni, müasir məktəb binasının tikintisi davam etdirilir.

Aktual.ge xəbər verir ki, bu barədə Marneuli Meriyası məlumat yayır.

Məlumata görə, Gürcüstan hökuməti və Gürcüstanın Bələdiyyə İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilən layihə 6 milyon 264 min 667 larilik dövlət büdcəsi hesabına maliyyələşdirilir.

“450 şagirdlik məktəb ərazisində müasir tipli sinif otaqları, laboratoriyalar, akt zalı, kombinə edilmiş mini idman meydançası, yeməkxana və digər zəruri infrastruktur yaradılacaq. Layihənin icrasına 2020-ci ildə başlanılıb və 2022-ci ilin avqustunda tamamlanacaq”, - məlumatda bildirilir.

ŞƏRH YAZ
3