Bakıda Gürcüstan vətəndaşı avtomobillə qadını vuraraq öldürüb
12.01.2022 10:03
924
Hadisə
A
Bakıda Gürcüstan vətəndaşı avtomobillə qadını vuraraq öldürüb

Azərbaycanın paytaxtı Bakıda Gürcüstan vətəndaşı avtomobillə qadını vuraraq öldürüb.

Aktual.ge Azərbaycan mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 11-də Bakının Xəzər rayonu ərazisində qeydə alınıb.

Məlumata əsasən, Gürcüstan vətəndaşı Renat Nəbiyev idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada, 1962-ci il təvəllüdlü Radə Qəhrəmanovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Faktla bağlı Bakının Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

ŞƏRH YAZ
2