Gürcüstanın müsəlman icmasına milyonlarla lari ayrıldı
12.01.2022 20:24
1298
Mədəniyyət
A
Gürcüstanın müsəlman icmasına milyonlarla lari ayrıldı

Gürcüstanda 2022-ci ilin dövlət büdcəsindən ölkənin müsəlman icmasına 2,2 milyon lari həcmində vəsait ayrılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, dini icmalar üçün nəzərdə tutulan 4,5 milyon larinin 3,5 milyonu artıq bölüşdürülüb. Erməni xristian icması 600 min lari, Roma katolik icması 400 min lari, yəhudi icması isə 300 min lari əldə edib.

Yerdə qalan 1 milyon larinin bölgüsü cari ilin sonuna qədər aparılacaq.

Məlumat üçün bildirək ki, Gürcüstan əhalisinin 11%-ni müsəlmanlar təşkil edir.

ŞƏRH YAZ
4