Yormuğanlıda itkin düşən Nəbiyevlə bağlı qorxunc detallar az əvvəl məlum oldu
13.01.2022 16:33
5747
Kriminal
A
Yormuğanlıda itkin düşən Nəbiyevlə bağlı qorxunc detallar az əvvəl məlum oldu

Bu ilin yanvar ayının 4-də itkin düşən Saqareco Bələdiyyəsinin Yormuğanlı kənd sakini Nazim Nəbiyevlə bağlı yaxınlarından ilkin təfərrüatlar əldə olunub.

Aktual.ge-nin əldə etdiyi məlumata görə, o, dəvət ilə 4 yanvar tarixində evdən 32 min larini götürüb və Qardabaniyə mal qara almağa gedib.

"Qardabanili ferması olan Fərhad Qurbanov adlı bir tanışı çağırıb ki, evdəki pulunu götür gedək 60 dənə böyük baş heyvan alaq. Bu isə 32 min lariyi götürüb və evdən ayrılıb. Və yanvarın 4-dən sonra yoxa çıxıb. Qardabanın Qaracalar kəndindən olan Fərhad adlı şəxsə zəng etdik. O, isə cavabında, yeyib-içdiklərini, sonra isə onu yola saldığını söyləyib. Ancaq polisin kamerasında Nazim Nəbiyevin fermaya girdiyi, Fərhad Qurbanovun maşınına mindiyi görülür, fəqət fermadan çıxdığı görülmür",-deyə N.Nəbiyevin yaxınları məlumat verib.

Yaxınları bildirib ki, yanvar ayının 7-dən polisə şikayət vermişik, amma hələdə itkin düşən tapılmayıb.

Məlumat üçün bildirək ki, N.Nəbiyevin 42 yaşı və 2 azyaşlı övladı var.
 

 

ŞƏRH YAZ
22