Türkiyədə təhsil almaq istəyənlərin nəzərinə! - YTB bursları başladı
13.01.2022 23:39
505
Mədəniyyət
A
Türkiyədə təhsil almaq istəyənlərin nəzərinə! - YTB bursları başladı

Türkiyə Respublikasında əcnəbi tələbələrin burslara müraciəti başlayıb.

Aktual.ge xəbər verir ki, Bu il “Türkiyə Bursları”na olan müraciətlər bütün proqramlar üçün tək hissədə baş tutacaq və müraciətlər yanvarın 10-dan fevralın 20-nə kimi istənilən ölkədən olan tələbələr üçün əlçatan olacaq.

Proqramlar və təhsil səviyyələri:

Müraciətlər bakalavr, magistratura və doktorantura səviyyəsində təhsil almaq istəyən namizədlərə açıqdır.
Araşdırma təqaüdləri, müvəffəqiyyət təqaüdləri və KATİB kimi digər proqramlar fərqli müraciət dövrlərinə malikdir və YTB-nin rəsmi saytında və ictimai media kanallarında elan olunacaqdır.

Müraciət üçün turkiyescholarships.gov.tr ünvanına daxil olmaq lazımdır.

Qeyd edək ki, Türkiyədə təqaüdlə ali təhsil proqramı olan “Türkiyə Bursları” beynəlxalq tələbə aləmində yerini daha da gücləndirməkdədir. 2021-ci ildə “Türkiyə Bursları” üçün 178 ölkədən 165 min müraciət əhəmiyyətli göstəricidir.

“Türkiyə Bursları” beynəlxalq səviyyədəki təhsil, məlumat və təcrübə zənginliyi ilə birlikdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr üçün ölkənin ən yaxşı universitetlərində təqaüdlü təhsil imkanı təqdim edir.

 “Türkiyə Bursları” nə ilə fərqlənir?

“Türkiyə Bursları” universitetlərdə sahələrə yerləşdirmə, aylıq təqaüd, universitet xərci, tibbi sığorta, yataqxana, sığınacaq, ödənişsiz peşə və akademik proqramlar və gediş-qayıdış təyyarə bileti imkanları ilə dünyanın ən əhatəli təqaüd proqramı olaraq önə çıxmaqdadır.

ŞƏRH YAZ
0