Nəbiyev 10 gündür ki, ortalıqda yoxdur - Yaxınlarından AÇIQLAMA
14.01.2022 12:53
1245
Kriminal
A
Nəbiyev 10 gündür ki, ortalıqda yoxdur - Yaxınlarından AÇIQLAMA

Saqareco Bələdyyəsinin Yormuğanlı kənd sakini Nazim Nəbiyevin 4 yanvar tarixindən bəri itkin düşməsində yaxınları, Qardabani sakini Fərhad Qurbanovu günahlandırır.

Aktual.ge xəbər portalına danışan N.Nəbiyevin bacısı oğlu Nurlan Kazımov polisin onlara hələ də, heç bir məlumat vermədiyini ifadə edib.

N.Kazimov dayısının itkin düşməsində və hələ də tapılmamasın da polisi F.Qurbanovu təqsirli görür.

“Dayım axırıncı dəfə Fərhad Qurbanovun fermsına girərkən görülüb. Təhlükəsizlik kamerasında onun fermasına giriş etdiyi görülür, lakin cıxışı görülmür. Fərhad Qurbanov isə təqsirli olduğunu qəbul etmir. Biz onu təqsirli görürük. Hüquq mühafizə orqanları isə bizə ətraflı şəkildə məlumat vermirlər”- deyən N.Kazımov əlavə edib ki, F.Qurbanov və atası saxlanılıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi qəsdən azadlıq məhrum etmə - Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə istintaqı davam etdirir.

Məlumat üçün bildirək ki, Saqareco bələdiyyəsinin Yormuğanlı kənd sakini 42 yaşlı Nazim Nəbiyev 4 yanvar tarixindən itkin düşüb.

 

ŞƏRH YAZ
8