Brüsseldə NATO-Gürcüstan əməkdaşlığı müzakirə olunacaq
14.01.2022 18:15
119
Siyasət
A
Brüsseldə NATO-Gürcüstan əməkdaşlığı müzakirə olunacaq

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yanvarın 17-18-də Brüsseldə səfərdə olacaq.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN başçısı səfər çərçivəsində NATO və Avropa İttifaqının mənzil-qərargahlarında görüşlər keçirəcək.

D.Zalkalianinin Alyansın Baş katibi Yens Stoltenberqlə ikitərəfli görüşü olacaq. Nazirin NATO-ya üzv ölkələrin səfirləri ilə qeyri-rəsmi görüşü də planlaşdırılıb.

Görüşlərin əsas məqsədi NATO və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə davam edən dialoq çərçivəsində müttəfiqlərlə məsləhətləşmələrin aparılmasıdır. Tərəflər həmçinin NATO-Gürcüstan əməkfaşlığının dinamikası və Avroatlantik regionda təhlükəsizlik sahəsində mürəkkəb vıziyyəti də nəzərdən keçirəcəklər.//Report

ŞƏRH YAZ
4