Türkiyə Böyük Britaniya ilə müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığı gücləndirəcək
14.01.2022 22:04
125
Dünya
A
Türkiyə Böyük Britaniya ilə müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığı gücləndirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Aktual.ge xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, söhbət zamanı Türkiyə ilə Böyük Britaniya arasında xüsusilə müdafiə sənayesi və ticarət sahəsində əməkdaşlığı gücləndirəcək addımlar müzakirə edilib.

Həmçinin, Suriya və Ukraynadakı hadisələr, iqlim dəyişikliyi, eləcə də qaçqınlarla bağlı regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRH YAZ
0