14.01.2022 23:35
228
Dünya
A
"Masadan qalxan tərəf Rusiya olmayacaq" - Kreml

"Qərblə görüşlərdə təəssüf ki, konkret nəticə əldə olunmadığını qəbul etməliyəm".

 

Aktual.ge Ölkə-yə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dimitri Peskov deyib.

O, hələlik Vaşinqtondan yazılı cavab gözləməyə davam edəcəklərini söyləyib.

"Cavab gəlməsə belə, müzakirə masasından qalxan tərəfin Rusiya olmayacağını demək istəyirəm",-deyə sözcü vurğulayıb.

NATO görüşlərində Rusiyanı təmsil edən xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə daha sərt açıqlama verib:

"NATO son müzakirələrdə olduğu kimi tələbələrimizi qulaqardına vurmağa davam edərsə, Rusiya təhlükəsizliyini düşünərək çəkindirici hərbi addımlar atmaq məcburiyyətində qalacaq".

Xatırladaq ki, NATO-nun Baş katibi Yans Stoltenberq Rusiyanın Ukrayna sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərdən və orada 100 min qoşun toplamasından narahatlığını bildirib. Bundan sonra Rusiya-ABŞ və Rusiya-NATO görüşləri baş tutub.

ŞƏRH YAZ
2