Bu il Gürcüstan Texniki Universiteti tam təmir olunacaq
16.01.2022 15:34
480
Maraqlı
A
Bu il Gürcüstan Texniki Universiteti tam təmir olunacaq

Gürcüstn Texniki Universitetinin 100 illik yubileyi ilə əlaqədar bu il universitetin VI korpusunun tam bərpasına başlanılacaq".

Aktual.ge xəbər verir ki, bu barədə ölkənin Baş Naziri İrakli Ğaribaşvili universitetin 100 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında bəyan edib.

Baş nazir, hökumətin prioritet vəzifəsinin ali və peşə təhsili səviyyələrini sıx əlaqələndirilməsi olduğunu və yaxın gələcəkdə nazirlik və universitetlə birgə Niko Nikoladze adına Aqrar Kollecinin açılacağını bildirib.

"Bizim üçün əsas prioritet ali və peşə təhsilinin səviyyələrini sıx əlaqələndirməkdir. Universitet daxilində peşə təhsilinin inkişafı təhsilin davamlılığı prinsipinin həyata keçirilməsinə öz töhfəsini verəcək. Biz firavanlığı təmin etməliyik. Texniki Universitet də bu prosesdə aparıcı rol oynayacaq.

Təbii ki, bütün nailiyyətlərinizin, uğurlarınızın arxasında sizlərin - alimlərin, müəllimlərin, mütəxəssislərin və tələbələrin zəhməti dayanır və gələcək uğurların əsas təminatçısı sizsiniz. Sonda nəzərinizə çatdırım ki, 100 illik yubileylə əlaqədar Gürcüstan hökumətinin qərarı ilə bu il Gürcüstan Texniki Universitetinin VI korpusunun tam təmirinə başlanılacaq. Sizi bir daha yubiley münasibətilə təbrik edirəm və sizə uğurlar arzulayıram", - deyə Baş nazir əlavə edib.

ŞƏRH YAZ
4