"Koronavirusun yeni ştammı olan "omikron"un yayılması fonunda təhsil müəssisəsinin müəllim və inzibati heyətinin 90%-i peyvənd edilməlidir".
Aktual.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.
“Əgər əvvəllər 60-80% 2 dəfə peyvənd edilməli olduğunu deyirdiksə, bu gün "omikron" ştamı səbəbilə bu rəqəm daha yüksəkdir. Müəllimlərin və inzibati işçilərin 90%-i peyvənd edilməlidir. Belə olan halda, təbii ki, məktəblərlə əlaqədar riskimiz az olacaq. Tez-tez edilmiş çağırışlara baxmayaraq, təəssüf ki, universitetlərdə professorların peyvənd faizi daha yüksək olsa da, tələbələrin peyvənd faizi əlverişsizdir. Mənim tövsiyəm fərdi yanaşmadır. Tələbələrin böyük bir hissəsinin 80-90%-nin peyvənd olunduğu universitetlər, əlbəttə ki, distant ttəhsilə yox, üz-üzə tədrisə daha çox diqqət yetirə bilər", - deyə mərkəz rəhbəri bildirib.