Bu vətəndaşların elektrik xərci hökumət tərəfindən qarşılanacaq
17.01.2022 11:28
2156
İqtisadiyyat
A
Bu vətəndaşların elektrik xərci hökumət tərəfindən qarşılanacaq

Hökumət əhalinin bir hissəsinin elektrik enerjisi ödənişini yenidən qarşılayacaq.

Aktual.ge xəbər verir ki, bu barədə hökumətin iclasının əvvəlində baş nazir İakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, elektrik enerjisinə subsidiya proqramı yanvar ayından başlayacaq və il boyu davam edəcək.

“Bizim qərara əsasən, əhalinin böyük bir hissəsi, 1 milyona yaxın insan üçün elektrik enerjisi tariflərinin artırılmasını subsidiya edəcəyik. Bu, 150 min və ya daha az bala malik 1 milyon vətəndaşa şamil ediləcək. Bildiyiniz kimi, pandemiya başlayandan bizdə bu proqram var və iki il davam edib. Yanvar ayında isə bu subsidiya proqramı dayandırılmışdı və biz bu proqramı davam etdirmək qərarına gəldik. Bu proqram yanvar ayından etibarən bütün il boyu davam edəcək”, - deyə İ.Qaribaşvili bildirib.

ŞƏRH YAZ
4