İrakli Qaribaşvili:
17.01.2022 13:00
346
İqtisadiyyat
A
İrakli Qaribaşvili: "Gürcü Arzusu" hökumətinin siyasəti nəticəsində şərab ixracı artıb

"2017-ci ildə Gürcüstandan 62 ölkəyə 107 milyon şüşə butulka şərab ixrac edilib ki, bu da müstəqil Gürcüstan tarixində maksimum göstəricidir".

Aktual.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin iclasından əvvəl məlumat verib.

“2012-ci illə müqayisədə şərab ixracı təxminən 360% artıb və 2012-ci ildə şərab ixracından əldə olunan gəlir 71 milyon dollar idisə, keçən il 250 milyon dollar olub, bu, son 8 ildə rekord göstəricidir. Bu gün ümumilikdə 440-ı keçən Gürcüstan şirkətləri şərab ixrac edir. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə 100-ə qədər ixracatçı şirkət var idisə, bugün, hökumətimizin birgə səyləri və 2012-ci ilin oktyabrın 1-dən 'Gürcü Arzusu'nun başlatdığı proqramlar və əsaslandırılmış siyasətlər nəticəsində əldə olunub”, - deyə İ.Qaribaşbili qeyd edib.

 

ŞƏRH YAZ
10