18-21 yanvar tarixlərində gözlənilən hava şəraiti - PROQNOZ
17.01.2022 16:51
593
Maraqlı
A
18-21 yanvar tarixlərində gözlənilən hava şəraiti - PROQNOZ

"Gürcüstanda pis hava şəraiti yanvarın 19-20-də də davam edəcək".

Aktual.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, yanvarın 19-20-də Gürcüstanda əlverişsiz hava şəraiti gözlənilir. Əsasən qar şəklində arabir yağıntılar, bəzi yerlərdə güclü, hava temperaturunun əhəmiyyətli dərəcədə azalması, güclü külək, güclü qar yağması, dağlarda və yüksək dağlıq ərazilərdə duman və qar fırtınası, yol və elektrik xətlərində buz bağlaması, dağlıq rayonlarda uçqun təhlükəsi ehtimalı var.

“Yolların bəzi hissələrində güclü qar yağması, görmə məsafəsinin pisləşməsi, qar fırtınası və qar uçqunları səbəbindən avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər. Yanvarın 18, 20 və 21 tarixlərində Kolxeti ovalığında hava temperaturunun gecə -5, -8 dərəcəyə enəcəyi gözlənilir ki, bu da sitrus bitkilərinə ziyan vura bilər", - deyə məlumatda bildirilib.

ŞƏRH YAZ
2