17.01.2022 23:23
1544
Mədəniyyət
A
"Aktual Məktəb"in kollektivi Qudauri turunda olub - FOTO

'Aktual Media' 'Aktual Məktəb' adını verdiyi ikinci jurnalistika kursunun  tələbələri Mtskheta-Mtianeti bölgəsinin Qudauri bələdiyyəsinin dağ kurortuna ekskursiya həyata keçiriblər.

Aktual.ge xəbər verir ki, tur 'Aktual Media'nın təşkilatçılığı ilə reallaşıb. 

Kursun iştirakçıları Qudaurinin əsrarəngiz təbiətini öyrənib, dağ kurortunda istirahət ediblər.

Tur çərçivəsində 'Aktual Media'ın qurucusu İlkin Hüseynov, kursun təlimçiləri - 'AZƏRTAC'ın müxbiri Xətai Əzizov və 'Mtavari Arxi' telekanalının jurnalisti Ceyhun Məhəmmədəli də iştirak ediblər.

Təlimçilər tur çərçivəsində iştirakçılara media sahəsi ilə bağlı müxtəlif elmi söhbətlər  aparıblar.

ŞƏRH YAZ
4