Son sutkada rekord yoluxma sayı - STATİSTİKA
18.01.2022 11:02
434
Sağlamlıq
A
Son sutkada rekord yoluxma sayı - STATİSTİKA

Gürcüstanda son sutka ərzində daha rekord - 7 521 nəfərdə koronavirus aşkarlanıb.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 3 160 nəfər müalicə olunaraq sağalıb, 31 pasiyent isə vəfat edib.

Hazırkı dövrədək ölkədə COVID-19 infeksiyasına 1 006 864 nəfərin yoluxduğu müəyyən olunub. Onların 934 667-si sağalıb, 14 512-si isə dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Gürcüstanda ilk dəfə koronavirusa yoluxma 2020-ci ilin fevral ayında qeydə alınıb. 

ŞƏRH YAZ
6