"Xəstəliklərə Nəzarət və Səhiyyə Nazirliyinin mövqeyi dəyişməz olaraq qalır - məktəblər sinif mühitində fəaliyyətini davam etdirəcək".
Aktual.ge xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini Tamar Qabunia İdarələrarası Koordinasiya Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məktəblərin bununla bağlı hazırlığı kifayət qədər yüksəkdir, çünki onlar artıq pandemiya dalğasının bir neçə mərhələsindən keçiblər.
“Məktəblər infeksiyaları aşkar etmək üçün lazım olan protokola uyğunlaşdırılıb. Əksər məktəblər distant təhsili həyata keçirmək üçün çevik mexanizmdən çox asanlıqla istifadə edə bilərlər. Uşaqlara və valideynlərə hansına üstünlük verdiklərini seçmək təklif olunur və bu, mühüm təminatlar yaradır. Peyvəndləmə prosesi də vacibdir - məktəblərdə peyvənd olunmuş işçilərin sayı 70%-i ötür və bu istiqamətdə işlər davam etdirilir”, - T.Qabunia qeyd edib.