Mərkəz rəhbəri:
18.01.2022 15:57
228
Sağlamlıq
A
Mərkəz rəhbəri: "Yanvarın axırında pandemiyanın pik həddinə çatacağıq"

"Biz həqiqətən heç kimin pis nəticə əldə etməsini istəmirik. Yanvar ayının sonunda pandemiyanın pik həddinə çatacağıq və gündəlik 10-15 min yoluxmanun olacağını ehtimal edirik".

Aktual.ge xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 4 min 300 xəstə müalicə almaqdadır. Ağır xəstələrin sayında isə artım müşahidə olunmayıb.

"Hesablamalara görə, tibb müəssisəsinə müraciət etməyən yoluxmuş insanların sayı iki dəfə çoxdur. Biz təxmin edirik ki, pandemiyanın pik həddində gündəlik 10-15 min yoluxma aşkarlana bilər. Hazırda xəstəxanada 4 min 300 xəstə var. Ağır xəstələr arasında is artım müşahidə edilməmişdir. Reanimasiya və süni ventilyasiyada olan xəstələrin sayı bir qədər azdır", - deyə Qamğrelidze bildirib.

ŞƏRH YAZ
5